• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin qeydiyyatı başladı

20 May 2015 14:19 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, qeydiyyat iyunun 2-dək aparılacaq. Həmin abituriyentlər "Abituriyentin elektron ərizəsi"nin təsdiqini təmin etdikdən sonra tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 7-dən 11-dək seçmə turda iştirak edirlər. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin musiqi sənəti istiqamətinin "Musiqi müəllimliyi", "Musiqi nəzəriyyəsi", "Xor dirijorluğu", "İnstrumental ifaçılıq (alətlər üzrə)" və "Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)" (Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin "İnstrumental ifaçılıq (alətlər üzrə)", "Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)" və "Musiqi nəzəriyyəsi" ixtisasları istisna olmaqla) ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər.

Təsviri sənət, teatr, kino və xoreoqrafiya sənətləri istiqamətlərinin və musiqi sənəti istiqamətinin "Xanəndəlik", "Vokal sənəti", "Aşıq sənəti", həmçinin AMK nəzdində Musiqi Kollecinin "İnstrumental ifaçılıq (alətlər üzrə)", "Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)" və "Musiqi nəzəriyyəsi" ixtisaslarını yalnız seçmə tur zamanı müvafiq yoxlamadan "məqbul" alan abituriyentlər seçə bilər.

Qeyd edək ki, abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • abituriyent
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar
  • qeydiyyat
  • TQDK
Azernews Newspaper
Digər xəbərlər
Azərbaycanda gəmilərin qeydiyyata alınma qaydaları dəyişdirilir
İqtisadiyyat 25 Dekabr 2017 10:00
Azərbaycanda əcnəbinin qeydiyyata alınma proseduru sadələşdirilir
Cəmiyyət 27 Noyabr 2017 22:12
Abituriyentlərin nəzərinə: Ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Cəmiyyət 22 Avqust 2017 09:49
Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır
Cəmiyyət 21 Avqust 2017 09:57
AMEA: Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək
Cəmiyyət 17 Avqust 2017 12:01
Ali məktəblərə qəbul olan abituriyentlərin nəzərinə
Cəmiyyət 15 Avqust 2017 10:41
Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının hansı üstunlükləri və faydaları var?
Biznes və iqtisadiyyat xəbərləri 30 İyun 2017 11:36
Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb
Cəmiyyət 1 May 2017 08:30
Bakalavriat səviyyəsi üçün ilk elektron sınaq imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 21 Mart 2017 14:10
Buraxılış imtahanında iştirak etməyənlərə sənəd verilməyəcək
Cəmiyyət 24 Oktyabr 2016 10:20
TQDK "Təqvim planı”nı təsdiqlədi
Cəmiyyət 21 Oktyabr 2016 16:38
Növbəti SAT imtahanlarının vaxtı bilindi
Cəmiyyət 18 Oktyabr 2016 17:08
Kolleclərə qeydiyyat başa çatıb
Cəmiyyət 31 Avqust 2016 12:28
TQDK-dan xəbərdarlıq
Cəmiyyət 30 Avqust 2016 11:21
TQDK: Qəbul planı 83.31% dolub (CƏDVƏL)
Cəmiyyət 29 Avqust 2016 10:40
Tələbə adını qazananlar üçün qeydiyyat müddəti uzadılıb
Cəmiyyət 25 Avqust 2016 15:55
Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb
Cəmiyyət 24 Avqust 2016 10:19
Abituriyentlərə xəbərdarlıq
Cəmiyyət 22 Avqust 2016 10:03
Ən çox oxunanlar
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Artıq “WhatsApp”a hamı daxil ola bilməyəcək - Yaş həddi...
Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb
Yeni nazirdən məktəbəqədər təhsil müəssisələrinin yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət
Nəzər nöqtəsi
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter