...

"Parlaq Zəka" meydanında "araşdırma" (FOTO)

Cəmiyyət Materials 29 May 2015 16:47 (UTC +04:00)
24 may 2015-ci il tarixində “Parlaq Zəka” intellekt şousunun növbəti 1/4 mərhələsinin oyunu keçirildi.
"Parlaq Zəka" meydanında "araşdırma" (FOTO)

24 may 2015-ci il tarixində "Parlaq Zəka" intellekt şousunun növbəti 1/4 mərhələsinin oyunu keçirildi. Bu həftə tamaşaçılar zəkaların "Arxeologiya və arxeoloqlar" mövzusunda olan mübarizələrini izlədilər.

Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Bakı Dövlət Universitetinin tələbəsi Anar ismayılov, sarı yolda Qafqaz Universitetinin tələbəsi Emil Yusublu, yaşıl yolda isə Milli Aviasiya Akademiyasının tələbəsi Həmid Mehdiyev mübarizə apardı. Bu görüşün qalibi və 1/2 finala vəsiqə qazanan E.Yusublu oldu.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran intellekt şousunun III mövsümündə hazırda bakalavr təhsilini davam etdirən I, II və III kurs tələbələri müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti