...

Musiqili Teatr əməkdaşlarını mükafatlandıracaq

Cəmiyyət Materials 25 İyun 2015 13:39 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Teatrının 105-ci mövsümü artıq yekunlaşmaq üzrədir. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, başa çatmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün çox əlamətdar olub.
Musiqili Teatr əməkdaşlarını mükafatlandıracaq

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Dövlət Musiqili Teatrının 105-ci mövsümü artıq yekunlaşmaq üzrədir. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Trend-ə bildirib ki, başa çatmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün çox əlamətdar olub.

Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq tədbirlər keçirilib, neçə-neçə yeni əsərin premyerası olub. Kollektivin bəzi üzvləri uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar. 105-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq 4 iyul 2015-ci il tarixdə Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır.

"Mövsümün aktrisası","Mövsümün aktyoru", "Mövsümün ən yaxşı səhnə tərtibatı", "Mövsümün ən yaxşı balet artisti", "Mövsümün ən yaxşı xor artisti", "Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)" "Mövsümün ən yaxşı texniki işçisi" nominasiyaları üzrə qaliblərlə yanaşı "Mövsümün ən yaxşı tamaşası" da mükafatlandırılacaq. Qaliblərə xüsusi prizlər və pul mükafatları veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti