...

Gənc Tamaşaçılar Teatrında “Biri vardı, biri yox" tamaşası

Cəmiyyət Materials 25 İyun 2015 14:29 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib
Gənc Tamaşaçılar Teatrında “Biri vardı, biri yox" tamaşası

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib.

Teatrdan Trend-ə verilən məlumata görə, şair-publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun "Biri vardı, biri yox" pyesi əsasında hazırlanacaq eyniadlı yeni tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı musiqişünas Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.

Yeni səhnə əsərində teatrın gənc və istedadlı aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov iştirak edəcəklər.

Tamaşanın 88-ci teatr mövsümündə - oktyabr ayının 1-ci yarısında təhvil verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti