...

FHN Qəbələdə beynəlxalq yarış və ümumrespublika birinciliyi keçirir (FOTO)

Cəmiyyət Materials 1 İyul 2015 17:36
Bu gün Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyinə həsr edilmiş “Gənc xilasedici” III Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” IV Ümumrespublika birinciliyinə start verilib.
FHN Qəbələdə beynəlxalq yarış və ümumrespublika birinciliyi keçirir (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Bu gün Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyinə həsr edilmiş "Gənc xilasedici" III Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" IV Ümumrespublika birinciliyinə start verilib.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, İdman və Gənclər nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Sonra Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilib.

Yarışların açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliklərini ifadə ediblər.

İyulun 7-nə kimi davam edəcək beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Moldova, Polşa, Gürcüstan və Belarusdan olan təmsilçilər iştirak edirlər. Ümumrespublika birinciliyində isə 19 rayon və şəhərin komandaları güclərini sınayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti