...

"Odlar Yurdu" və "Azərbaycan" İntellektual Oyunlar Klubu əməkdaşlığa başlayıblar

Cəmiyyət Materials 10 İyul 2015 16:41 (UTC +04:00)
“Odlar Yurdu” Gənclər İctimai Birliyi və “Azərbaycan” İntellektual Oyunlar Klubu əməkdaşlıq memorandumu imzaladılar.
"Odlar Yurdu" və "Azərbaycan" İntellektual Oyunlar Klubu əməkdaşlığa başlayıblar

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"Odlar Yurdu" Gənclər İctimai Birliyi və "Azərbaycan" İntellektual Oyunlar Klubu əməkdaşlıq memorandumu imzaladılar.

"Azərbaycan" İntellektual Oyunlar Klubunun əhatə etdiyi Lənkəran, Quba, Şabran, Göyçay, Balakən, İmişli, Tovuz, Gədəbəy, Samux, Şəmkir region klublarına daha biri əlavə olundu. Belə ki, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova və "Azərbaycan" İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyev tərəflərarası əməkdaşlıq memorandumu imzalayaraq növbəti əməkdaşlıqlarda da birgə fəaliyyət göstərmək istədiklərini bildiriblər. Tərəflər arasında 2015-ci ilin ikinci yarısı üçün planlaşdırılan ilkin tədbirlər planı müzakirə olunub. Belə ki, müxtəlif formatlarda keçiriləcək intellektual oyunların əsasən əlamətdar günlərlə əlaqədar keçirilməsi planlaşdırılır.

29 may 2015-ci il tarixində "Odlar Yurdu" Gənclər İctimai Birliyi və "Azərbaycan" İntellektual Oyunlar Klubunun birgə əməkdaşlığı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, "Gəncə 2016-AGP" İB-nin tərəfdaşlığı ilə Gəncə şəhərində gənclərarasında "Nə? Harada? Nə zaman?" formatında keçirilən intellektual turnirdən sonra OYGİB və AİOK arasında "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının əsas prioritet itiqamətlərindən biri "Gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması" bəndini əsas götürülərək hər iki tərəf arasında növbəti əməkdaşlıqlar üçün tərəflərarası əməkdaşlığın əsası qoyulmuşdu.

Nəzərinizə çatdıraq ki, "Azərbaycan" İntellektual Oyunlar Klubu paytaxtla kifayətlənməyərək həmçinin Azərbaycanın bölgələrində yeniyetmə və gənclərin marağını öz üzərində cəmləşdirir. 2012-ci ilin iyul ayında Siyəzən İOK-nun açılışı ilə başlayaraq bir sıra bölgələr də bu hərəkata qoşuldular. Lənkəran, Quba, Qusar, Şabran, Göyçay, Balakən, İmişli, Qərb bölgəsi üzrə Göygöl, Tovuz, Gədəbəy, Samux, Şəmkir, Ağstafa, Qazax üzrə hal-hazırda nümayəndəliklər var və mütəmadi olaraq oyunlar təşkil edilir. 2014-cü ilin fevral ayından etibarən isə Qərb rayonlarında da intellektual layihəyə start verildi. Layihəyə əsasən, hər ay Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl və Samux rayonlarında "Nə? Harada? Nə zaman?" intellektual oyunları üzrə rayonlar çempionatları keçirilir və hər rayonun qalibi olmuş komandalar Şəmkir şəhərində Qərb region birinciliyində iştirak edirlər. Növbəti mərhələdə mərkəz Balakən olmaqla Şimal, mərkəz İmişli olmaqla Aran bölgəsi üzrə iri nümayəndəliklərin yaradılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti