...

Xürrəmilər hərəkatı və Babək (FOTO)

Cəmiyyət Materials 13 İyul 2015 16:26 (UTC +04:00)
12 iyul 2015-ci il tarixində 1/2 mərhələsinin ikinci oyunu keçirildi. Bu həftə tamaşaçılar zəkaların şans oyununda “Xürrəmilər hərəkatı və Babək” mövzusunda olan mübarizələrini izlədilər.
Xürrəmilər hərəkatı və Babək (FOTO)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

12 iyul 2015-ci il tarixində 1/2 mərhələsinin ikinci oyunu keçirildi. Bu həftə tamaşaçılar zəkaların şans oyununda "Xürrəmilər hərəkatı və Babək" mövzusunda olan mübarizələrini izlədilər.

Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Elgün Abdurrahmanov, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Mərziyyə Əsgərzadə, yaşıl yolda isə Qafqaz Universitetinin tələbəsi Emil Yusublu mübarizə apardı. Bu görüşün qalibi və finala vəsiqə qazanan E.Abdurrahmanov oldu.

Layihə rəhbəri Aydın Piriyev oyun barədə fikirlərini bölüşüb: "İkinci finalçımız da bəlli oldu. Növbəti həftə maraqlı bir səhnə quruluşu ilə son yarım final oyunumuz efirdə olacaq. Tamaşaçılara sözüm, zəkalarımızın bu həyəcanlı anlarını qaçırmayın. Uğurlar hər kəsə".

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti