...

Sinoptiklərdən xəbərdarlıq: qeyri-sabit hava şəraiti hökm sürəcək, leysan yağışlar olacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 İyul 2015 12:52 (UTC +04:00)
Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.
Sinoptiklərdən xəbərdarlıq: qeyri-sabit hava şəraiti hökm sürəcək, leysan yağışlar olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

İyulun 16-sı gündüzdən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Bu barədə Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinin facebook səhifəsinə istinadən məlumat verib.

Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 27-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti