...

Azərbaycanda uşaqlar arasında balans pozulub: oğlanların sayı qızlardan 13 faiz çoxdur

Cəmiyyət Materials 22 İyul 2015 17:34 (UTC +04:00)
Azərbaycanda yaşı 18-dək olan uşaqlar arasında oğlanların sayı qızların sayından 12,75 faiz çoxdur.
Azərbaycanda uşaqlar arasında balans pozulub: oğlanların sayı qızlardan 13 faiz çoxdur

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yaşı 18-dək olan uşaqlar arasında oğlanların sayı qızların sayından 12,75 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən Trend-ə bildiriblər ki, 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 2562,8 min 18 yaşadək uşaq var. Onların 1368,7 min nəfəri kişi, 1194,1 min nəfəri qadındır.

Ölkədə yaşı 18-dək olan uşaqların 1275,6 min nəfəri şəhər yerlərində yaşayır. Onların da 680,2 min nəfəri kişi, 595,4 min nəfəri isə qadındır.

18 yaşadək uşaqların 1287,2 min nəfəri kənd yerlərində yaşayır ki, onların da 688,5 min nəfəri kişi, 598,7 min nəfəri qadındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti