...

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 29 İyul 2015 10:46 (UTC +04:00)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qax şəhərində vətəndaşları qəbul edəcək.
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qax şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fövqəladə hallar naziri K.Heydərov tərəfindən iyulun 31-də Qax şəhərində, Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Qax, Şəki, Oğuz, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) 30 iyul 2015-ci il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti