...

Azərbaycanda komfortlu istirahətin yeni məkanı (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2015 11:36 (UTC +04:00)
Yayın gərgin keçən isti günlərindən sonra qısa müddət ərzində dincəlmək işə daha enerjili qayıtmağa yardım edə bilər. Çünki orqanizmin istirahəti üçün məzuniyyət mütləqdir. Hər kəsin arzusu isə ideal, qüsursuz, məsrəfsiz tətildir. Azərbaycanda bunun üçün insanlara yeni şanslar verilir.
Azərbaycanda komfortlu istirahətin yeni məkanı (FOTO)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Yayın gərgin keçən isti günlərindən sonra qısa müddət ərzində dincəlmək işə daha enerjili qayıtmağa yardım edə bilər. Çünki orqanizmin istirahəti üçün məzuniyyət mütləqdir. Hər kəsin arzusu isə ideal, qüsursuz, məsrəfsiz tətildir. Azərbaycanda bunun üçün insanlara yeni şanslar verilir.

Belə bir yerlərdən biri isə Azərbaycan turistlərinin ən sevimli bölgəsi olan Xaçmaz rayonunda Nabran kurort zonasındakı yeni fəaliyyətə başlayan beşulduzlu "RİVER İNN RESORT" otelidir.

Trend xəbər verir ki, "SİLK WAY TRAVEL" şirkətinin təşkilatcılığı ilə baş tutan səfər zamanı bir qrup KİV nümayəndəsi yeni fəaliyyətə başlayan hotellə tanış olub.

Xəzər dənizinin sahili boyu, relikt meşələrin əhatəsində yerləşən hoteldə hər bir turistin istəklərini təmin etməyə şərait yaradılıb.

"RİVER İNN RESORT"un marketinq meneceri Səadət Məmmədova jurnalistlərə bildirib ki, oteldə 3 villa da daxil olmaqla ümumilikdə 35 yer var. Villalarda 1 günlük yerləşmənin qiyməti 400-800 manat arasında dəyişir. Oteldə isə 1 nəfərlik (səhər yeməyi də daxil olmaqla) otaqlarda 1 günlük geçələmə 150, 2 nəfərlik otaqlarda gecələmə 200 manata başa gəlir. Burada 6 -12 yaşlı uşaqlar üçün 50 faiz endirim tətbiq edilir.

Hotel bura istirahətə gələnlərə xüsusi paketlər - "Korporativ", "SPA", "Şərab Dequstasiyası", "Ailəvi İstirahət" və yeni ailə quranlar üçün "Toy"paketlərini təqdim edir.

Burada insan sanki real dünyadan ayrılıb nağıllar aləminə düşür. Belə ki, hoteldə qonaqlara təbiətin qoynunda, yerli flora və faunanın əhatəsində əsl cənnət həzzi yaşamaq fürsəti verilir. Hotelə gələnlər SPA mərkəzində müxtəlif prosedurlarla yanaşı, açıq hovuzda üzə və ya günəş vannaları qəbul edə, oteldə film izləyə, idman zalının xidmətindən istifadə edə, boulinq, bilyard və müxtəlif elektron oyunlar oynaya, yerli və əcnəbi mətbəxin müxtəlif çeşidli təamlarından dada bilərlər.

S.Məmmədova qış aylarında qiymətlərin hazırki qiymətlərdən fərqlənəcəyini, lakin həmin qiymətlərin müəyyənləşmədiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti