...

Bakı-Sumqayıt yolundakı “Lukoil” benzin doldurma məntəqəsinin qarşısı genişləndirilir

Cəmiyyət Materials 1 Sentyabr 2015 12:57 (UTC +04:00)
Bakı-Sumqayıt magistral yolunun Xırdalan istiqamətində gedən yolda yerləşən “Lukoil” benzin doldurma məntəqəsinin yanındakı kiçik təpəcik sökülərək orada genişləndirmə işləri aparılacaq.
Bakı-Sumqayıt yolundakı “Lukoil” benzin doldurma məntəqəsinin qarşısı genişləndirilir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakı-Sumqayıt magistral yolunun Xırdalan istiqamətində gedən yolda yerləşən "Lukoil" benzin doldurma məntəqəsinin yanındakı kiçik təpəcik sökülərək orada genişləndirmə işləri aparılacaq.

Bunu Trend-ə açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, ərazidə yerləşən yerüstü piyada keçidinə kimi genişləndirmə işləri aparılacaq.

Bu işlərin Azərbaycanda 2014-2018 ci il regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində görüldüyünü qeyd edən A.Nəcəfli işlərin bir aya kimi yekunlaşacağını vurğulayıb: "Sözügedən istiqamətdə işlərin aparılması ərazidəki tıxacın aradan qaldırılmasına hesablanıb. Həmin ərazidə olan 100 metrlik təpə söküləcək.

"Lukoil" benzin doldurma məntəqəsinə qədər yolda artıq işlərə başlanılıb. Hazırda isə adıçəkilən ərazidə işlər başlayıb. Orada xırda təpəcik sökülür. Hesab edirəm ki, işlər uzun çəkməyəcək və tez zamanda yekunlaşacaq".

Qeyd edək ki, bir müddət əvvəl Bakı Beynəlxalq Avtovağzal kompleksindən üzü Sumqayıta gedən istiqamətdə də genişləndirmə işlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti