Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni poçt markası nəşr etdirib.
Trend-in məlumatına görə, marka Şahmat üzrə Dünya Kuboku Bakı 2015-ə həsr edilib. Nəfis dizaynda hazırlanan markanın nominal dəyəri 1 manat təşkil edir.
Qeyd edək ki, Bakıda sentyabrın 10-da start verilən Şahmat üzrə Dünya Kuboku yarışları oktyabrın 5-dək davam edəcək.