...

Dəmiryol işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2015 17:11 (UTC +04:00)
Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr - dəmiryol işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Dəmiryol işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr - dəmiryol işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

QÜC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr - dəmiryol işçilərinin peşə bayramı günü münasibətilə ürəkdən təbrik edib. O, "Azərbaycan Dəmir Yolları" QSC-nin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 oktyabr 2015-ci ildə imzaladığı sərəncamları oxuyub.

C.Qurbanov bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərib.

Möhtərəm Prezidentimiz İlham Əliyev dəmiryol işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb, 7 oktyabr 2005-ci ildə "Dəmiryol işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalayıb. Həmin sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmiryolunun yarandığı gün - Azərbaycan dəmiryol işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

Sonra bir qrup dəmiryolçuya "Fəxrı dəmiryolçu" döş nişanı və bayram hədiyyələri, MHİRK-in keçirdiyi İdman Spartakiadasının qaliblərinə kubok və mükafatlar təqdim olunub.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəmiryolçuların müraciət qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti