...

Bakıda işıqforlar düzgün işləmir?

Cəmiyyət Materials 26 Oktyabr 2015 15:59 (UTC +04:00)
Son zamanlar sürücülər Bakının bəzi yollarında işıqforların düzgün işləməməsindən narazılıq edirlər. Onlar iddia edirlər ki, bəzi yollarda, əsasən, gecə vaxtı və bazar günləri işıqforlar ümumiyyətlə işləmir.
Bakıda işıqforlar düzgün işləmir?

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/

Son zamanlar sürücülər Bakının bəzi yollarında işıqforların düzgün işləməməsindən narazılıq edirlər. Onlar iddia edirlər ki, bəzi yollarda, əsasən, gecə vaxtı və bazar günləri işıqforlar ümumiyyətlə işləmir.

Bəs bunun səbəbi nədir?

Məsələyə münasibət bildirən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Trend-ə deyib ki, Bakı yollarında işıqforlar yalnız elektrik enerjisi kəsilən zaman işləməyə bilər.

Onun sözlərinə görə, bu cür məqamlar NİİM-də dərhal araşdırıldıqdan sonra problemin aradan qaldırılması istiqamətində işlər aparılır: "Bakıdakı hər hansı bir yolda işıqfor işləməyən zaman bu barədə məlumatımız olur və dərhal tədbir görülür. Həmin dəqiqə işıqfora müdaxilə olunur, problem aradan qaldırılır. Amma çox vaxt işıqforların işləməməsi həmin ərazidə elektrik enerjisinin kəsilməsi ilə bağlı olur. Belə problem olanda bu halları dərhal araşdırırıq. Elektrik xəttində nəsə problem olub, elektrik enerjisi kəsilibsə, dərhal mərkəzimiz bununla bağlı müvafiq qurumlara zəng edib xəbərdarlıq edir".

Bakıda bütün işıqforlara NİİM-in nəzarət etmədiyini deyən qurum rəsmisi qeyd edib ki, Mərkəz onlayn rejimdə işlədiyindən problemləri dərhal görə bilir: "Bakıda 288 işıqfor var və biz onun cəmi 150-nə nəzarət edirik. Digərləri Daxili İşlər Nazirliyinin "Siqnal" İstehsal Layihə İdarəsi tərəfindən idarə olunur. Buna baxmayaraq, bizim tabeliyimizdə olan işıqforlarda yaranmış problemləri dərhal aradan qaldırmaq üçün mərkəzimiz 24 saat işləyir. Hesab edirəm ki, sürücülərin dediyi problemlər cəmi 10 dəqiqə çəkə bilər. Ümid edirəm ki, yaxın vaxtlarda ümumiyyətlə belə problemlər olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti