...

Allahşükür Paşazadə Livanda səfərdədir

Cəmiyyət Materials 5 Noyabr 2015 09:32 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə Livana səfərə yola düşüb.
Allahşükür Paşazadə Livanda səfərdədir

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə Livana səfərə yola düşüb.

QMİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə noyabrın 4-də Livana səfərə yola düşüb. Səfərdən məqsəd Məzhəblərin yaxınlaşması təşkilatının Ali Şurasının Beyrutda keçiriləcək toplantısında iştirak etməkdir.

Bildirilir ki, toplantıda İslam dünyasında nüfuzlu qurum olan Ali Şurada dünyada cərəyan edən hadisələr fonunda islami həmrəyliyin, məzhəblərarası anlaşmanın, ümumislami maraq və mənafelər naminə müsəlmanların vahid mövqedən çıxış etməsinin vacibliyi məsələləri müzakirə olunacaq, müsəlman aləmində tanınmış üləmaların çıxışları dinləniləcək.

QMİ sədri məşvərət toplantısında Ali Şuranın üzvü olaraq çıxış edəcək.

Şeyxülislam A.Paşazadəni səfərdə QMİ sədrinin I müavini Müfti Salman Musayev müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti