...

19-cu əsr Azərbaycan ədəbiyyatına Zəkaların səyahəti (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2015 12:21 (UTC +04:00)
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün üçüncü oyunu efirə gedib.
19-cu əsr Azərbaycan ədəbiyyatına Zəkaların səyahəti (FOTO)

Bakı. Trend:

"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün üçüncü oyunu efirə gedib.

Trend-in məlumatına görə, tamaşaçılar zəkaların "19-cu əsr dünya ədəbiyyatı " mövzusunda olan mübarizələrini maraqla izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Şəfa Ağazadə, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Elmar Yusifov, yaşıl yolda isə Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Kamil Kamilli mübarizə aparıb. Bu mübarizənin qalibi Bakı Dövlət Universitetinin tələbəsi Elmar Yusifov olub.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran kart təqdim olunur. İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

Layihənin informasiya dəstəyi Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti