Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda insulindən asılı olan şəkərli diabet xəstələrinin sayı azalıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2012- ci ilədək şəkərli diabet xəstələrinin sayı artaraq 27 588-ə çatsa da, 2013-cü ildə bu rəqəm azalaraq 26 398-ə, 2014-cü ildə isə 25 142-yə enib.
İnsulindən asılı olmayan şəkərli diabet xəstələrinin sayı isə 2012-ci ildə 124 158-ə, 2013-cü ildə 150 548-ə, 2014-cü ildə isə 167 007-yə yüksəlib.
Ümumilikdə ölkədə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 2012-ci ildəki 153 506 nəfər göstəricisindən yüksələrək 194 520-yə çatıb.
2013-cü ildə ilk dəfə qoyulmuş diaqnozla 23 498 nəfər, 2013-cü ildə 24 182 nəfər, 2014-cü ildə isə 25 152 nəfər qeydə alınıb.