...

“Gələcəyimiz üçün ağac əkək” devizi ilə ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2015 13:52 (UTC +04:00)
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
“Gələcəyimiz üçün ağac əkək” devizi ilə ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 15-20-ci kilometrliyində "Gələcəyimiz üçün ağac əkək" devizi altında növbəti ağacəkmə aksiyası keçirilib.

ETSN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin əməkdaşları ilə birgə jurnalistlər, ekoloqlar və ictimaiyyət nümayəndələri də iştirak edib. Aksiyada 5000 ədəd Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

ETSN bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti