...

Mikayıl Cabbarov: Tələbə-Könüllü Mərkəzinin yaradılması bir zərurətdir

Cəmiyyət Materials 14 Dekabr 2015 15:34 (UTC +04:00)
Bu gün Tələbə-Könüllü Mərkəzinin yaradılması bir zərurətdir.
Mikayıl Cabbarov: Tələbə-Könüllü Mərkəzinin yaradılması bir zərurətdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Tələbə-Könüllü Mərkəzinin yaradılması bir zərurətdir. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Tələbə-Könüllülərin I forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan gənclərinin könüllülük hərəkatında fəal iştirak etməsi sevindirici haldır: "Ölkədə tələbə-könüllülərə olan tələb ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən də qeyd edilib. Azərbaycanda keçirilən müxtəlif yarışlarda, xüsusilə I Avropa Oyunlarında tələbə-könüllülər fəal iştirak etdilər".

Nazir qeyd edib ki, müstəqilliyimizin düşmənləri də artır. Bütün bunlar cəmiyyətdə birliyi hər zamankından daha çox tələb edir: "Buna isə təhsilin gücləndirilməsi və könüllülərin fəaliyyəti öz töhfəsini verə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti