...

Azərbaycanda yeni mobil ödəniş sistemi yaradılacaq

Cəmiyyət Materials 27 Dekabr 2015 19:15 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

2016-cı ildən Azərbaycanda "AzerPay" universal mobil ödəniş sistemi yaradılacaq. Bunu Trend-ə "AzerPay" şirkətindən deyiblər.

Sistemin sınaqdan keçirilməsi 2016-cı il yanvarın ortalarında başlayacaq, fevralda isə istismara veriləcək.

Yeni ödəniş sisteminin üstünlükləri təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi imkanı, kredit alınması üçün müraciət, POS-terminallardan əməliyyatların aparılması, hesabın doldurulması ("Azərpoçt" poçt operatoru şəbəkəsi, nağd vəsaitlər qəbul edən terminallar, bankomatlar vasitəsilə) və digərləridir.

Ödəniş sistemində 160-dan çox ödəniş xidməti əlçatan olacaq. İstifadəçilərə, həmçinin "Mobile POS" ödənişlərinin qəbulu imkanlarından istifadə etmək üçün vergiödəyicinin eyniləşdirmə nömrəsinin qeydiyyata alınması xidməti təklif ediləcək. Bu xidmət fərdi sahibkarlar üçün nəzərdə tutulub və kommersiya fəaliyyəti ilə bağlı ödənişləri qəbul etməyə, vergi ödənişini avtomatik həyata keçirməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti