...

Bakıda avtobusların iş vaxtı uzadılır

Cəmiyyət Materials 29 Dekabr 2015 14:16 (UTC +04:00)
"BakuBus" MMC bayram günləri ilə əlaqədar sərnişin avtobuslarının iş vaxtını uzadacaq.
Bakıda avtobusların iş vaxtı uzadılır

Bakı. Ənvər Məmmədov - Trend:

"BakuBus" MMC bayram günləri ilə əlaqədar sərnişin avtobuslarının iş vaxtını uzadacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib: "Bildiyiniz kimi, demək olar, bütün ictimai nəqliyyat dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bayramla əlaqədar saat 01:00-dək işləyəcək. Biz isə avtobuslarımızın iş vaxtını saat 02:00-dək uzatmaq qərarına gəldik".

Bununla belə. N.Allahyarova qeyd edib ki, böyük sərnişin axını olarsa, avtobusların iş vaxtı yanvarın 1-də saat 03:00-dək uzadıla bilər.

Qeyd edək ki, hazırda "BakuBus" MMC-nin 14 marşrut üzrə 302 avtobusu fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti