Bakı. Samir Məmmədov - Trend:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalov bu gün vəkili ilə görüşüb. Bu barədə Trend-ə V.Zeynalovun vəkili məlumat verib.
Vəkil görüş zamanı müvəkkilinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: "Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır".
Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.