...

Gəncədə süni qiymət artımının qarşısını almaq üçün qruplar yaradılıb

Cəmiyyət Materials 14 Yanvar 2016 17:04 (UTC +04:00)
Gəncədə süni qiymət artımının qarşısını almaq üçün 15 qrup yaradılıb.
Gəncədə süni qiymət artımının qarşısını almaq üçün qruplar yaradılıb

Bakı. Trend:

Gəncədə süni qiymət artımının qarşısını almaq üçün qruplar yaradılıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Elmar Vəliyev Gəncə Şəhər İcra hakimiyyətinin başçısı yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiyanın yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, 15 mobil qrup yaradılıb. Bu barədə İcra Hakimiyyətinin başçısı vətəndaş qəbulu zamanı məlumat verib.

E.Vəliyev bildirib ki, hər qrupun tərkibində 10 nəfər var və həmin qruplara icra başçısının müavinləri rəhbərlik edir.

Onun sözlərinə görə, ötən gün şəhərin ticarət mərkəzlərində qiymətlərlə bağlı monitorinqlər keçirilib və analoji tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, vətəndaş qəbulunda iştirak edənlərin əksəriyyəti Gəncədə fəaliyyət göstərən universitetlərdə təhsil alan, valideynlərindən birini və ya hər ikisini itirmiş tələbələrdir. Onların müraciətləri təhsil haqqının ödənişi ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti