...

Qəbələdə QHT-lər üçün təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2016 19:28 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qəbələdə QHT-lərə layihə təkliflərinin hazırlanması, monitorinqi və qiymətləndirmə metodları, büdcə xərclərinin idarə edilməsi, ictimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar mövzularında təlim təşkil edib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıya Qəbələ, Göyçay, Şəki və Oğuz rayonlarında fəaliyyət göstərən 25 QHT-nin rəhbəri və mühasibləri qatılıb.

Şura Katibliyinin məsləhətçisi Həsən Səmədov çıxış edərək layihə təkliflərinin hazırlanması, monitorinq və qiymətləndirmə metodları, ictimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar, QHT şəbəkəsi üçün səmərəli idarəetmə mövzuları haqqında iştirakçılara ətraflı məlumat verib.

Şura Katibliyinin digər məsləhətçisi Toğrul Turabov layihələrdə nəzərdə tutulan xərclər smetasının tərtib edilməsi, 2016-cı ildə Vergilər Məcəlləsinə edilmiş dəyişikliklər, DSMF və Maliyyə Nazirliyinə təqdim ediləcək hesabatlar və "e-qht" elektron proqram təminatı barədə çıxış edib.

Sonda Şura Katibliyinin əməkdaşları layihə hazırlığı prosesi və hesabatın təqdim edilmə qaydaları zamanı QHT-lərin qarşılaşdığı çətinliklərlə bağlı sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti