...

Webometrics nəticələri açıqladı: UNEC Azərbaycan birincisidir

Cəmiyyət Materials 8 Fevral 2016 16:23
Dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” və ya “Webometrics” son siyahısını açıqlayıb.
Webometrics nəticələri açıqladı: UNEC Azərbaycan birincisidir

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan "The Ranking Web" və ya "Webometrics" son siyahısını açıqlayıb. Trend-in məlumatına görə, siyahıya görə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015-ci ilin iyul ayında tutduğu 4469-cı pillədən 4137 pilləyə yüksəlib. Bununla da UNEC Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb.

Webometrics göstəricilərinə əsasən UNEC ən böyük çəki əmsalına malik olan təsir (Impact) meyarı üzrə liderliyi qorumaqla bərabər açıqlıq (Opennes) sahəsində iki dəfədən çox irəliləyib, yüksək keyfiyyət (Excellence) meyarı üzrə isə 51 pillə yüksəlib. Bu irəliləyişə əsasən, UNEC Mərkəzi və Şərqi Avropa regionu üzrə 3117 ali təhsil müəssisəsi arasında 340-cı, Avropa qitəsi üzrə 6055 universitet arasında 1244-cü, Avrasiya qitəsi üzrə isə 14994 ali məktəb arasında 2643-cı yerdədir.

UNEC bu göstəricilər üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitetdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti