...

Azərbaycan Texnologiya Universiteti Londonda keçirilən JETCO sammitində təmsil olunub (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2016 10:38 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetinin (ATU) elm və beynəlxalq əlaqələr üzrə prorektoru dosent Səbuhi Yusifov Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən JETCO sammitində iştirak edib.
Azərbaycan Texnologiya Universiteti Londonda keçirilən JETCO sammitində təmsil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetinin (ATU) elm və beynəlxalq əlaqələr üzrə prorektoru dosent Səbuhi Yusifov Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən JETCO sammitində iştirak edib. Trend-ə verilən məlumata görə, S.Yusifov Birləşmiş Krallıq və Azərbaycan arasında birgə iqtisadi əməkdaşlıq razılaşmasına uyğun olaraq keçirilən görüşdə ATU adından prezentasiya ilə çıxış edib. Eyni zamanda görüşdə iştirak edən bır sıra xarici ali təhsil ocaqları, o cümlədən London Universiteti, Northempton Universiteti, Lankaster Universiteti, Lester Universiteti, Ridinq Universiteti, Nottinqem Biznes Məktəbi və Koventri Universitetinin nümayəndələri ilə qarşılıqlı söhbətlər aparılıb, əməkdaşlıq istiqamətləri müzakirə edilib. Səmərəli keçən görüşün nəticəsi olaraq Koventri Universiteti ilə ATU arasında dual diplom verilməsinin mümkünlüyü barədə razılığa gəlinib.

Görüşlərdə Azərbaycanda texnologiyalar, kənd təsərrüfatı, neft və qaz, memarlıq və inşaat sahələri üzrə mütəxəssislər hazırlayan ali təhsil ocaqlarının rektor və prorektorları, həmçinin təhsil nazirinin müavini Ceyhun Bayramov iştirak edib. Bundan başqa sammit çərçivəsində iki ölkənin iqtisadiyyat və sənaye nazirlərinin, neft-qaz, maliyyə, eləcə də təhsil sahələri üzrə işçi qruplarının ikitərəfli görüşləri keçirilib.

Qeyd edək ki, JETCO sammiti Birləşmiş Krallıq və Azərbaycan hökumətləri arasındakı iqtisadi əməkdaşlıq üzrə anlaşma memorandumu əsasında keçirilir.

https://www.facebook.com/atuganja/posts/1109548669057223

Məqalədə:
Xəbər lenti

Xəbər lenti