...

Bakı sakinlərini aldadan dələduz 8 il cəza aldı

Cəmiyyət Materials 23 Fevral 2016 15:51 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Faiq Qazıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı sakinlərini aldadan dələduz 8 il cəza aldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Faiq Qazıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Qazıyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, F.Qazıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, Bakı şəhər sakinlərinin etimadını qazanaraq onlara qarşı dələduzluqda təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti