...

Sabirabadda körpü təmir edildi (FOTO)

Cəmiyyət Materials 1 Mart 2016 16:29 (UTC +04:00)
Sabirabad-Surra-Padar avtomobil yolunun 1-ci kilometrliyində yerləşən avtomobil körpüsü “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir edilib.
Sabirabadda körpü təmir edildi (FOTO)

Bakı. Trend:

Sabirabad-Surra-Padar avtomobil yolunun 1-ci kilometrliyində yerləşən avtomobil körpüsü "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir edilib.

ASC-dən Trend-ə verilən məlumata görə, ötən əsrin 80-ci illərində inşa edilmiş avtomobil körpüsünün uzunluğu 267 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də daxil olmaqla, ümumi eni 8 metrdir.

Avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan təmir işləri zamanı yolun hərəkət hissəsinin və piyada səkilərinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib.

Ümumilikdə ərazinin təqribən 2700 kv.m sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, körpünün dəmir mühəccərləri də zəruri olan yerlərdə bərkidilib və rənglənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti