...

"Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Mart 2016 18:15 (UTC +04:00)
12 mart tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
"Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

Bakı. Trend:

12 mart tarixində IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil olunmuş növbəti təlim təbiətin oyanması, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinə xas olan digər təbiət hadisələrinə həsr olunub.

Gənc təbiətsevərlərə bitkilərdə fotosintez prossesi, ev bitkiləri və onlara qulluq, güllərin daxili və xarici quruluşu, toxumun cücərməsi, bitkilərin insanlara faydası - meyvə ağacları və müalicəvi bitkilər haqda geniş məlumat verilib, onlara müxtəlif gül və çiçəklərlə əyani tanış olmaq imkanı yaradılıb.

Təlim zamanı, həmçinin uşaqlar Novruz bayramının simvolu olan səməninin əkilməsi, təbii şəkildə güllərdən ətirlərin hazırlanması prossesində və müxtəlif maraqlı oyunlarda iştirak ediblər.

Mart laboratoriyası uşaqlarda təbiətin dirçəlməsi haqqında təsəvvür yaratmaqla yanaşı, həm də onların milli adət-ənənələrimizi erkən yaşlarından mənimsəmələrinə töhfə verib.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti