...

ATU ilə “Gənc Mühəndislərin İnkişafı” İB arasında memorandum imzalanıb (FOTO)

Cəmiyyət Materials 15 Mart 2016 15:02 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetində "Gənc Mühəndislərin İnkişafı" İctimai Birliyinin idarə heyəti ilə görüş keçirilib.
ATU ilə “Gənc Mühəndislərin İnkişafı” İB arasında memorandum imzalanıb (FOTO)

Bakı.Trend:

Azərbaycan Texnologiya Universitetində "Gənc Mühəndislərin İnkişafı" İctimai Birliyinin idarə heyəti ilə görüş keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan ATU-nun rektoru professor Akif Süleymanov onlara rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Rektor bildirib ki, ATU-nun mütəxəssis hazırlığı proqramında mühəndis və mühəndis-texnoloq kadrlarının yetişdirilməsi əsas istiqaməti təşkil edir. Ona görə də universitet bu sahə üzrə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır. Professor Akif Süleymanov qeyd edib ki, ATU əsasən qida sənayesi və yüngül sənaye üzrə, eləcə də bir sıra digər istiqamətlər üzrə mütəxəssis hazırlayan ali təhsil ocağı kimi ölkədə bu sahələrin inkişaf etdirilməsi, mühəndislərin peşəkar hazırlığının yüksəldilməsində maraqlıdır. Çünki, texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə mühəndislik bu günün və gələcəyin ən vacib ixtisaslarındandır.

"Gənc Mühəndislərin İnkişafı" İctimai Birliyinin idarə heyətinin sədri Yusif Yusifov da rəhbərlik etidyi təşkilatın məqsəd və fəaliyyətləri barədə məlumat verib. O, qeyd edib ki, ictimai birliyin əsas qayəsi mühəndislərin həyat və iş təcrübələrini ortaya qoyan bir platforma yaratmaq, dünyanın qlobal problemlərinə mühəndislik həlləri təklif edə bilən sosial məsuliyyətli mühəndislər yetişdirmək, mühəndislik qurumları ilə əlaqələndirici funksiyanı yerinə yetirməkdir. Y.Yusifov qeyd edib ki, "Gənc Mühəndislərin İnkişafı" İB-nin tərkibində 8 müəhəndislik klubu fəaliyyət göstərir ki, onların 6-nın istiqaməti ATU-nun ixtisasları ilə eynilik təşkil edir. Məhz bu amil universitetlə ictimai birliyin əməkdaşlığı üçün real zəmin yaradır. "Gənc Mühəndislərin İnkişafı" İB-nin idarə heyətinin sədri həmçinin qeyd edib ki, qeyri-neft sektorunun inkişafının bu gün ən vacib tapşırıq kimi qarşıya qoyulduğu ölkəmizdə sənayenin digər istiqamətləri üzrə mühəndis kadrlarının hazırlanması əsas vəzifələrdəndir.

Görüşün yekununda ATU ilə "Gənc Mühəndislərin İnkişafı" İB arasında əməkdaşlıq memoradumu imzalanıb. ATU-nun rektoru professor Akif Süleymanov və "Gənc Mühəndislərin İnkişafı" İctimai Birliyinin idarə heyətinin sədri Yusif Yusifov tərəfindən imzalanan memorandum müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Görüşdən sonra "Gənc Mühəndislərin İnkişafı" İB-nin ekspertləri universitetin akt zalında tələbələr qarşısında qida təhlükəsizliyi, ekologiya və İKT sahələrinə dair təqdimatlarla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti