...

Tanınmış Azərbaycan yazıçısı Maqsud İbrahimbəyov vəfat edib

Cəmiyyət Materials 22 Mart 2016 20:24 (UTC +04:00)
Azərbaycan xalq yazıçısı, dramaturq, ssenarist, Azərbaycan Milli Məclisinin keçmiş deputatı Maqsud İbrahimbəyov 81 yaşında vəfat edib.
Tanınmış Azərbaycan yazıçısı Maqsud İbrahimbəyov vəfat edib

Bakı. Trend:

Azərbaycan xalq yazıçısı, dramaturq, ssenarist, Azərbaycan Milli Məclisinin keçmiş deputatı Maqsud İbrahimbəyov 81 yaşında vəfat edib. Bu barədə Trend Azərbaycan Yazıçılar Birliyinin saytına istinadən xəbər verir.

Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb (1955-1960). Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960-1962), Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olub.

Yazıçı "Şöhrət" (1995) və "İstiqlal" (2005) ordenləri ilə təltif olunub. Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti