Bakı. Elçin Mehdiyev - Trend:
"Bəzi axundlar bizə xəbər vermədən görüşlər keçirirlər".
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O, bu cür görüşlərin keçirilməsinin yolverilməz olduğunu bildirib: "Bizim hər şeydən xəbərimiz var. Məlumat verildiyi kimi, məscidlərdə təhlükəsizlik kameraları quraşdırılacaq. Məscidlərdə baş verən hadisələri izləməyə və dinləməyə ixtiyarım çatır. Kim bunu xırda siyasi məsələ kimi qələmə verməyə çalışacaqsa, özü bilər".
A.Paşazadə bildirib ki, din xadimləri dövlətə dəstək verməlidir.