...

Yayda Azərbaycana Rusiya, İran və Körfəz ölkələrindən daha çox turist gələcək

Cəmiyyət Materials 7 Aprel 2016 16:46 (UTC +04:00)
Bu ilin yayında da Azərbaycana Rusiya, İran və Körfəz ölkələrindən daha çox turistin səfər edəcəyi gözlənilir.
Yayda Azərbaycana Rusiya, İran və Körfəz ölkələrindən daha çox turist gələcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yayında da Azərbaycana Rusiya, İran və Körfəz ölkələrindən daha çox turistin səfər edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Nazir bildirib ki, ötən illə müqayisədə Azərbaycana bu il daha çox turistin gələcəyi gözlənilir: "İki gün bundan əvvəl Azərbaycan nümayəndə heyəti olaraq, iki Körfəz ölkəsində - Qətər və Küveytdə olmuşuq. Onların bütün KİV-ləri Azərbaycanın turizm potensialından bəhs edib. Artıq AZAL aviaşirkəti ilə birgə birbaşa uçuşların təşkili də müzakirə edilir. Ona görə də Körfəz ölkələrindən turist axınının artmasını gözləyirik".

Ə.Qarayevin sözlərinə görə, son rəqəmlər onu göstərir ki, artıq Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı da çoxalır.

Nazir bəzi Avropa ölkələrindən Azərbaycan gələn turistlərin sayının hətta 15-20 faiz artdığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti