...

Kürün aşağı axınında suyun səviyyəsi azalıb

Cəmiyyət Materials 22 Aprel 2016 14:08 (UTC +04:00)
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.
Kürün aşağı axınında suyun səviyyəsi azalıb

Bakı. İlhamə isabalayeva - Trend:

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kür çayının Surra məntəqəsində 21, Şirvanda 22, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 18 sm azalma, Bankədə isə 18 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 409 sm (2015-ci il aprelin 22-də 368 sm), Şirvanda 351 sm (2015-ci il aprelin 22-də 273 sm), Salyanda 243 sm (2015-ci il aprelin 22-də 230 sm), Bankədə 231 sm (2015-ci il aprelin 22-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 132 sm (2015-ci il aprelin 22-də 110 sm) təşkil edir.

Aprelin 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 367 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 465 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-90 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti