...

Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq “Emmi” mükafatına layiq görüldü

Cəmiyyət Materials 3 May 2016 16:16 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq “Emmi” mükafatına layiq görülüb.
Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq “Emmi” mükafatına layiq görüldü

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq "Emmi" mükafatına layiq görülüb. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Qeyd edək ki, bu il martın 24-cü baş ofisi Nyu-Yorkda yerləşən Milli Televiziya Sənədi və Elm Akademiyası 43-cü "Emmi" mükafatı üçün Azərbaycanın Avropa Oyunlarının açılış mərasimi ilə bağlı 6 nominasiya üzrə namizədliyini irəli sürüb. Qaliblərin elan olunması mərasimi aprelin 29-da Los-Ancelesdə baş tutub və Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi iki nominasiya üzrə qalib gəlib. Bunlar işıq rejissorluğu və canlı musiqi üzrə "Sound mix" nominasiyasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti