...

"Jül Vern Bakıda" (FOTO)

Cəmiyyət Materials 3 May 2016 17:06 (UTC +04:00)
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.
"Jül Vern Bakıda" (FOTO)

Bakı. Trend:

"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.

Trend-in məlumatına görə, tamaşaçılar zəkaların "Jül Vern" mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Ceyhun Abdullayev, sarı yolda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Şahmar Həsənov, yaşıl yolda isə Bakı Dövlət Universitetinin tələbəsi Ofeliya Əfəndiyeva mübarizə aparıb. Bu qarşılaşmanın qalibi Şahmar Həsənov olub.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran intellekt şousunun III mövsümündə hazırda bakalavr təhsilini davam etdirən I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti