...

"Gəncə - Avropa Gənclər Paytaxtı 2016" çərçivəsində 13 ölkənin gəncləri Nizami yurduna toplanacaq

Cəmiyyət Materials 12 May 2016 14:57 (UTC +04:00)
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” çərçivəsində 13 ölkə gənclərini Nizami yurduna toplayacaq.
"Gəncə - Avropa Gənclər Paytaxtı 2016" çərçivəsində 13 ölkənin gəncləri Nizami yurduna toplanacaq

Bakı. Trend:

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" çərçivəsində 13 ölkə gənclərini Nizami yurduna toplayacaq.

Bu barədə Trend-ə ADTGT-dən məlumat verilib.

ADTGT mayın 15-dən 3 (üç) ay müddətində davam edəcək, "Gənclər Siyasətində Fəal İştirakşılıq" Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə-informasiya mübadiləsini, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığı nəzərdə tutan layihənin icrasına başlayır.

Layihə "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" kampaniyası çərçivəsində əcnəbi və milli gənc liderlərin iştirakı ilə müasir gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, gənclər işində qeyri-formal tədris, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi istiqamətində müxtəlif tematik konvensiya və təcrübələrin müzakirəsi, mübadiləsi və qarşılıqlı tətbiqi imkanlarına dair fəaliyyət və tədbirləri nəzərdə tutur.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gənclər və İdman Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu "Güclü Gənclik - Güclü Gələcək!" şüarı altında keçiriləcək.

Bu ilin iyul ayının 4-9-da "2016-cı ilin Avropa Gənclər Paytaxtı" seçilən Gəncə şəhərində təşkil olunacaq Beynəlxalq Gənclər Forumunun işində İspaniya, Yunanıstan, Polşa, Rumıniya, Bolqarıstan, Latviya, Xorvatiya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Moldova, Ukrayna və Gürcüstan təmsil edəcək 26 əcnəbi gənc liderin iştirakı nəzərdə tutulur.

Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə-informasiya mübadiləsi şəbəkəsinin qurulması, Gəncə Bəyannaməsinin qəbulunu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.

13 ölkədən olan gənc fəallar Gəncə şəhər İcra Hakimiyyətində, Gənclər və İdman Nazirliyində, AR Prezidenti yanında Gənclər Fondunda və digər qeyri-hökumət gənclər təşkilatları ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti