...

Gəncə tarixin canlı səhifələrinin şahidi oldu (FOTO)

Cəmiyyət Materials 23 May 2016 10:32 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi tərəfindən, Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Gəncə şəhərində mayın 21-də “Tarixin canlı səhifələri” IV Gənclər festivalı keçirilib.
Gəncə tarixin canlı səhifələrinin şahidi oldu (FOTO)

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi tərəfindən, Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Gəncə şəhərində mayın 21-də "Tarixin canlı səhifələri" IV Gənclər festivalı keçirilib.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri "Yeni qızılca" ərazisində baş tutan tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə şəhər icra başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları və digər rəsmilər iştirak ediblər.

400 aktyor, tələbə, idmançının iştirak etdiyi festivalda Babək, Cahan Pəhləvan Qara Yusif və Cavad xan canlandırılaraq, onların keçdiyi qəhrəmanlıq yolu və şücaətləri göz önünə gətirilib. Ümumilikdə iki saata yaxın davam edən festivalda xüsusi hazırlanmış dekorasiya və səhnə, iştirakçıların əvəzsiz oyunu tamaşaçıları bir daha qəhrəmanlar dünyasına səyahətə aparıb.

Festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında 24 fevral 2016-cı il tarixli sərəncamı imzalanıb.

Tədbir sərəncamdan irəli gələn vəzifələri icra etmək məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər Planına müvafiq olaraq keçirilib.

"Tarixin canlı səhifələri" adlı festival 2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti