...

Dövlət Komitəsi: Dünya Azərbaycanlılarının IV Qurultayından gözləntilər böyükdür

Cəmiyyət Materials 2 İyun 2016 17:21 (UTC +04:00)
Dünya Azərbaycanlılarının IV Qurultayından gözləntilər böyükdür. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov Trend-ə müsahibəsində deyib.
Dövlət Komitəsi: Dünya Azərbaycanlılarının IV Qurultayından gözləntilər böyükdür

Bakı. Elçin Mehdiyev - Trend:

Dünya Azərbaycanlılarının IV Qurultayından gözləntilər böyükdür. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov Trend-ə müsahibəsində deyib.

O qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının hər bir Qurultayı özlüyündə tarixi bir hadisədir: "Və hər bir Qurultaydan sonrakı müddət ərzində Azərbaycan diasporu qarşıya qoyulmuş vəzifə və məqsədlərə çatmaq üçün daha inamla çalışır. Bu mənada növbəti Qurultaydan da gözləntilərimiz böyükdür. Bilirsiniz ki, bu toplantıda dünyanın 50-yə yaxın ölkəsindən 500-dən çox diaspor nümayəndəsi iştirak edəcək. Rəsmi açılışdan sonra Qurultay öz işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq təkiliflər verəcəklər".

R.Məmmədov əlavə edib ki, Dünya Azərbaycanlılarının IV Qurultayında priotitet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq: "Düşünürəm ki, Dünya Azərbaycanlılarının IV Qurultayı artıq yaxşı təşkilatlanmış diasporumuzun qarşısında duran akademik fəaliyyət planlarının gerçəkləşməsi istiqamətində öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti