...

ATU-da gənc tədqiqatçıların regional konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 13 İyun 2016 10:43 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetində (ATU) multikulturalizm ilinə həsr olunmuş “Sənaye texnologiyaları və multikultural dəyərlər” adlı gənc tədqiqatçıların regional elmi-nəzəri konfransı keçirilib.
ATU-da gənc tədqiqatçıların regional konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetində (ATU) multikulturalizm ilinə həsr olunmuş "Sənaye texnologiyaları və multikultural dəyərlər" adlı gənc tədqiqatçıların regional elmi-nəzəri konfransı keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, konfransda ATU ilə yanaşı Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universitetinin Qazax filialının bakalavriat, magistrant, doktorant və dissertantları səkkiz istiqamət üzrə məruzə və təqdimatlarla çıxış ediblər.

Elmi-nəzəri konfransın plenar iclasını giriş nitqi ilə açan ATU-nun rektoru professor Akif Süleymanov deyib ki, Azərbaycanda tarixən multikultural dəyərlərə hörmətlə yanaşılıb, dini, irqi, etnik dözümlülük hər zaman yüksək səviyyədə olub. Məhz bu amil Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün bir nümunə olması faktını meydana çıxarıb. Buna görə də 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunub. Rektor bildirib ki, hazırda ölkəmizin multikulturalizm mühiti bir ümumbəşəri dəyər kimi beynəlxalq aləmdə təqdirlə qarşılanır. Azərbaycanın dünyaya bəxş etdiyi multikulturalizm modelinin bir çox sahələrə, o cümlədən sənaye texnologiyalarının istifadəsinə tətbiqi müsbət nəticələr verə bilər. Çünki, günümüzün müasir texnologiyaları bir çox ortaq dəyərlərin daha sürətli və geniş inteqrasiyasına imkan verir.

Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə və AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev də çıxışlarında qeyd edib ki, tarixi köklərə söykənən multikulturalizm ənələrimiz Azərbaycanın bütün sahələr üzrə dayanıqlı inkişafına, dünya siyasəti və iqtisadiyyatında öz sözünü deməsinə zəmin yaradır. Buna görə də dünya iqtisadiyyatında baş verən neqativ proseslərə rəğmən Azərbaycan son illərdə inkişaf tempini yüksəltməklə bərabər, bir sıra uğurlu layihələrə imza atıb. Bu gün Azərbaycan regionun iqtisadi mərkəzinə çevrilməklə yanaşı həm də dünyada sivilizasiyaların dialoq mərkəzi kimi ad qazanıb.

Sonra konfrans işini dörd paneldə mövzu ətrafında çıxış və müzakirələrlə davam etdirib. Bölgədə fəaliyyət göstərən beş ali təhsil müəssisənin gənc tədqiqatçıları qida məhsulları texnologiyası, iaşə və turizm sənayesi, standartlaşdırma və ekspertiza sənayesi, istehlak mallarının texnologiyası sənayesi, rabitə və informasiya texnologiyaları sənayesi, maşınqayırma texnologiyası sənayesi, metallurgiya sənayesi, ekologiya, iqtisadiyyat və idarəetmə sahələrini əhatə edən məruzə və təqdimatlarla çıxış edib. Məruzəçilərin "Sənaye texnologiyaları və multikultural dəyərlər", "Kiberməkanda kommunikasiya və linqvokulturoloji aspektlər", "Multikulturalizm dəyərləri və təhsil", "Milli mənəvi dəyərlər və sənaye texnologiyasında izlər", "Azərbaycanda etnopsixologiya məqalələri və multikulturalizm", "Müasir dövrdə multikultiralizm anlayışında dəyərlərin transformasiyası", "Turizmdə marketinqdən istifadə problemlərinin multikulturalizm dəyərləri ilə əlaqəsi", "Azərbaycan Respublikasında multikultiralizm siyasətinin sosial-iqtisadi inkişaf və sənaye texnologiyalarına təsiri", "Konstruksiya kefiyyətinin ümumi qiymət meyarlarının araşdırılması", "Multikulturalizm ənənələrinin bu günki nəqliyyatda vəziyyəti",

"Multikulturalizmin təbliğində informasiya texnologiyalarının rolu" və sair mövzularda çxışları maraqla dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti