...

Azarkeş: "Formula 1" Azərbaycanı daha da tanıdacaq"

Cəmiyyət Materials 18 İyun 2016 14:24 (UTC +04:00)
"Formula 1" yarışması Bakıya gələn turistlərin sayını və ümumilikdə Azərbaycana marağı xeyli artırır".
Azarkeş: "Formula 1" Azərbaycanı daha da tanıdacaq"

Bakı. Elçin Mehdiyev – Trend:

"Formula 1" yarışması Bakıya gələn turistlərin sayını və ümumilikdə Azərbaycana marağı xeyli artırır".

Bunu Trend-ə Bakıya "Formula 1" yarışmasını izləməyə gəlmiş şotlandiyalı turist Toma Koyel deyib.

O bildirib ki, Bakı çox gözəl şəhərdir: "Formula 1" Azərbaycanı daha da tanıdacaq. İnanıram ki, bu yarışmanı izləmək üçün Bakıya gələn insanlar yenidən Bakıya turist kimi gələcəklər. Onu da deyim ki, Bakı təhlükəsiz şəhərdir, insanları çox mehriban və qonaqpərvərdir".

Hamilton "Formula 1" pilotlarının sərbəst yürüşü üzrə III sessiyanın qalibi oldu (ƏLAVƏ OLUNUB)

Hamilton "Formula 1" pilotlarının sərbəst yürüşü üzrə III sessiyanın qalibi oldu (ƏLAVƏ OLUNUB)

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti