...

İrandan gələn turistlərin sayı 23 faiz artıb

Cəmiyyət Materials 25 İyun 2016 16:16 (UTC +04:00)
İran İslam Respublikasından Azərbaycana gələn turistlərin sayı artıb.
İrandan gələn turistlərin sayı 23 faiz artıb

Bakı. Trend:

İran İslam Respublikasından Azərbaycana gələn turistlərin sayı artıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, ötən ilin ilk 5 ayı ərzində İrandan Azərbaycana səfər edən xarici vətəndaşların sayı 61 096 nəfər, 2016-cı ildə isə 74 890 nəfər olub və nəticədə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ildə Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artıb.

Qeyd etmək lazımdır ki, İrandan gələn xarici vətəndaşların səfəri daha çox Novruz bayramına təsadüf etdiyi üçün ən çox artım 87% olmaqla mart ayı ərzində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti