...

Teleaparıcı alpinist oldu (FOTO)

Cəmiyyət Materials 30 İyun 2016 19:28 (UTC +04:00)
AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi.
Teleaparıcı alpinist oldu (FOTO)

Bakı. Trend:

AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi.

Tamaşaçılar zəkaların “Alpinizm” mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq, qırmızı yolda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nurlan Abdurrahmanov, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Qoşqar Mürsəlzadə, yaşıl yolda isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Şahmar Həsənov mübarizə apardı. Bu qarşılaşmanın qalibi təəssüf ki, olmadı. Maraqlı anlardan biri - "Parlaq Zəka" aparıcısı Aydın Piriyevin alpinist obrazını canlandırması oldu.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün “Parlaq Zəka” intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran şounun III mövsümündə hazırda bakalavr təhsilini davam edəm I, II və III kurs tələbələri müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti