...

Abituriyentlərin universitet seçimi - Qafqaz Universiteti (FOTO)

Cəmiyyət Materials 1 İyul 2016 10:48 (UTC +04:00)
İctimai Televiziyada canlı yayımlanan "Açıq dərs" verilişinin bu dəfəki sayının mövzusu abituriyentlərin universitet seçimi olub.
Abituriyentlərin universitet seçimi - Qafqaz Universiteti (FOTO)

Bakı. Trend:

İctimai Televiziyada canlı yayımlanan "Açıq dərs" verilişinin bu dəfəki sayının mövzusu abituriyentlərin universitet seçimi olub. Mövzuya uyğun olaraq veriliş Qafqaz Universitetinə həsr edilib. Verilişdə aparıcı Orxan Cabbarlı bildirib ki, verilşdə Qafqaz Universitetinin keçdiyi yol, ölkəmizdə və beynəlxalq arenadkı yeri haqda ətraflı söhbət açılacaq. Verilişdə universitetin professor-müəllim heyəti xarici və yerli tələbələri, məzunlar iştirak ediblər.

Qafqaz Universitetinin prorektoru Cihan Bulud universitet haqda geniş məlumat verib. O bildirib ki, universitet 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xeyir duası ilə fəaliyyətə başlayıb. Elə həmin ildən də beynəlxalq standartlara cavab verən kreditli dərs sistemi ilə tədrisə başlayıb. Kreditli dərs keçmə sisteminin üstünlüklərindən biri odur ki, tələbə nəzərdə tutulan müddətdən tez universitetdən məzun ola bilər.

Professor Əjdər Ağayev Qafqaz Universitetinin uğuruna səbəb olan universitetdə hazırlanan təhsil mühitinin sözlə ifadə oluna bilmədiyini ifadə edib. O qeyd edibki, universitetin pedoqoji fakültəsindən məzun olanlar hal -hazırda ölkəmizin öndə gələn özəl məktəblərində, hazırlıq kurslarında və dövlət orta məktəblərində pedoqoji fəaliyyətlə məşğul olurlar.

Universitetin iş dünyası ilə əlaqələr üzrə prorektoru Təyyar Mustafayev universitet iş dünyası əlaqələrinin qurulmasındakı "QAFQAZ" modeli haqda danışıb və bildirib ki, hazırda 90 faiz məzun öz ixtisası üzrə işlə təmin olunub.

Beynəlxalq Əlaqələr üzrə prorektor Sevil İmanova isə universitetin beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiklər universitetlərdən və tələbələr üçün həyata keçirilən mübadilə proqramları haqda məlumat verib.

Universitetin abituriyent şöbəsinin müdiri Adil Vəliyev xüsusi vurğulayıb ki, Qafqaz Universiteti özəl universitet kimi tanınsada burada təhsil alan 4200 tələbənin 2430 nəfəri dövlət sifarişi ilə təhsil alır. Bundan əlavə ödənişli əsaslarla təhsil alan tələbələrin əksəriyyəti universitetin tətbiq etdiyi güzəştlərdən istifadə edir.

Verilişdə iştirak edən yerli və 24 ölkəni təmsil edən xarici tələbələr Qafqaz Universitetini seçməklə düzgün seçim etdiklərini əsaslandırıblar. Auditoriyada əyləşən məzunlarda cəmiyyətə yararlı vətəndaş kimi və müasir biliyə malik mütəxəsis kimi yetişmələrində Qafqaz Universitetində olan mühitə, ​verilən təhsilə minnətdar olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti