...

"Direktorların hazırlığı" kursları bölgələrdə davam etdirilir

Cəmiyyət Materials 4 İyul 2016 10:33 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Direktorların hazırlığı" kurslarına 2013-2014-cü ildən İlk dəfə Bakı şəhəri üzrə başlanılıb.
"Direktorların hazırlığı" kursları bölgələrdə davam etdirilir

Bakı. Trend:

Azərbaycan Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Direktorların hazırlığı" kurslarına 2013-2014-cü ildən İlk dəfə Bakı şəhəri üzrə başlanılıb.

Azərbaycan Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Direktorların hazırlığı kursları -2016" layihəsi Bakı şəhəri ilə yanaşı, regionlarda da keçirilməyə başlanılıb.

İlk olaraq Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarda yerləşən təhsil müəssisələrinin pedaqoji kadrlarını əhatə edən layihə 12.01.16 tarixində mesabiqə ilə bağlı elanın verilməsi ilə başlayıb.

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.

Təlimlərdə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən 40 təhsil işçisi iştirak edib. Təlimlərdə təhsil menecmentinin daha səmərəli təşkilini dəstəkləyən təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsilin idarəedilməsi və monitorinqi, təhsili idarəetmənin psixoloji əsasları, təhsildə maliyyənin idarəolunması kimi fənlər tədris olunub.

Layihə çərçivəsində təlimlər 11.04.16 tarixində başlamış və 29.06.16 tarixində Qafqaz Universitetində təşkil olunan məzuniyyət tədbiri və sertifikatların təqdimat mərasimi ilə başa çatıb. Məzuniyyət tədbirində Təhsil Nazirliyinin nümayəndələri və Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç iştirak edib. Kursun dinləyiciləri kursun təşkilindən razılıqlarını bildiriblər və təşkilatçılara təşəkkür ediblər.

Qeyd ediək ki ,8 İyul – 6 Avqust aylarında növbəti layihə Gəncədə şəhərində keçiriləcək. Layihədə Gəncə şəhəri, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından 41 nəfər iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti