...

Azərbaycan teleaparıcısı veloidmana keçdi (FOTO)

Cəmiyyət Materials 12 İyul 2016 19:33 (UTC +04:00)
AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.
Azərbaycan teleaparıcısı veloidmana keçdi (FOTO)

Bakı. Trend:

AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.

Trendin məlumatına görə, tamaşaçılar zəkaların “Veloidman” mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Nizami Süleymanov, sarı yolda Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Kamil Kamilli, yaşıl yolda isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Osman Salmanlı mübarizə aparıb. Bu qarşılaşmanın qalibi N.Süleymanov olub.

Təhsilini dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün “Parlaq Zəka” intellekt şousu növbəti bir şans təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hazırda bakalavr təhsilini davam etdirən I, II, III kurs tələbələri müraciət edə bilər.

Şounun informasiya dəstəyi Trend.az, Day.az, Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti