...

Bayraq və gerblərin tarixi (FOTO)

Cəmiyyət Materials 18 İyul 2016 14:00 (UTC +04:00)
AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi.
Bayraq və gerblərin tarixi (FOTO)

Bakı. Trend:

AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi.

Tamaşaçılar zəkaların “Bayraq və gerblərin tarixi” mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Bakı Dövlət Universitetinin tələbəsi Elmar Yusifov, sarı yolda Qafqaz Universitetinin tələbəsi Qorqud İsrafilzadə, yaşıl yolda isə Bakı Dövlət Universitetinin tələbəsi Qoşqar Mürsəlzadə mübarizə apardı. Bu qarşılaşmanın qalibi Qorqud İsrafilzadə oldu.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün “Parlaq Zəka” intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran intellekt şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti