Bakı. Trend:
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.
Trend-in məlumatına görə, bunu SOCAR-ın kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov "facebook" səhifəsində yazıb.
X.Məmmədov qeyd edib ki, tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedaqoji heyət də fəaliyyətini davam etdirəcək.