Bakı. Samir Əli - Trend:
Mingəçevir və Qars şəhərləri arasında "Qardaşlaşma" sazişi imzalanıb. Bu barədə Trend-ə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov məlumat verib.
İcra başçısının müavini bildirib ki, imzalanma mərasimi Qarsda təşkil olunub.
Tədbirdə Azərbaycanı Mingəçevir şəhər bələdiyyəsinin sədri Coşqun Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyəti iyulun 25-də Qarsa səfər edib və artıq tərəflər arasında sənəd imzalanıb. Nümayəndə heyətinin səfəri iyulun 29-da başa çatacaq.